• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 mart 2023-cü il

     26 mart 2023-cü il tarixində ABŞ-dakı beynəlxalq müsabiqədə Azərbaycan 67 ölkə arasında qızıl medal qazandı və birinci oldu.

    Opera və Balet Teatrının Solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə -London) Urfan Cəfərov Nyu-York-da keçirilən "American  International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində 67 ölkə arasında qızıl medal qazanaraq birinci yeri qazanmışdır. O, müsabiqənin qalibi kimi solo konsert üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı oldu.

    Azərbaycanın vokal məktəbi onun səsi ilə ən prestijli dünya səhnəsində səsləndi.

    Müsabiqədə bütün yaş, millət və ölkədən  vokalçılar iştirak etdilər. Belə ki, Urfan Cəfərov   ABŞ-ın müxtəlif yerlərindən, o cümlədən  67 ölkə olmaqla, Anguilla, Argentina, Ermənistan, Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Beliz, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Çin, Kosta - Rika, Kipr, Danimarka, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Quam, Qvatemala, Honq-Konq, Macarıstan, Hindistan, İndoneziya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Litva, Makao, Malayziya, Meksika, Monqolustan, Hollandiya, Yeni Zelandiya , Norveç, Peru, Filippin, Polşa, Portuqaliya, Puerto-Riko, Gürcüstan Respublikası, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, İspaniya, Şri-Lanka, St.Marten, İsveç, İsveçrə, Tayvan, Tayland, Trinidad və Tobaqo, Ukrayna, Böyük Britaniya, Özbəkistan, Venesuela, Vyetnam, Birləşmiş Ərəb Əmirliklərindən gələn bir çox nüfuzlu müsabiqələr laureatları və Qran-Pri almış  ifaçılar arasından  ciddi yarışda  qalib seçildi. İstedadlı ifaçı vokal məktəbi, səsi ilə juriləri heyran etdi. Bununla da O, “Carnegie Hall”da keçirilmiş çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanaraq qalib oldu.

      Bu müsabiqə gənc  ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən  yeganə platformalardan biridir.

    Qeyd edək ki, Urfan Cəfərovu fortepianoda Azərbaycan Respublikasının Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Nigar Məlikova müşayiət etmişdir.