• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2023-cü il

    "Zərb alətləri" sinfinin möhtəşəm konserti

    17 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında BMA-nın "Nəfəs və zərb alətləri" kafedrasının müəllimi Firuz Hüseynovun sinif konserti keçirildi.

    Konsertin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova idi.

    Peşəkar konsertmeyster Tatyana Qarayusifli konsert boyu gənc musiqiçiləri məharətlə müşayiət etdi.

    Bayram ab-havalı konsertdə BMA-nın tələbələri - Azər Səfərzadə, Tofiq Şükürov, Səma Qanbayeva, Həsən Hüseynov, Pənah Murad, Tamerlan Baxşıyev, Ziya Hüseynov, İbrahim Ələsgərli, Kamil Hüseynzadə və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri Rüfət Məmmədov və Məhəmmədəli İbrahimov uğurla çıxış etdilər. İstedadlı pianoçu Hidayət Sadıqbəyli maraqlı improvizələri ilə dinləyicilərin duyğularını oxşadı. Eyni zamanda, simli alət arfa və nəfəs aləti tuba da ansambla daxil olunmuşdu. Məryəm Akimova arfada, Aslan İslamov isə tubada öz məharətlərini göstərdilər. Bu da səslənməyə xüsusi çalarlar verib proqramı daha əlvan və zəngin etmişdi.

    Rəngarəng konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri zərb alətlərinin bir çox növləri üçün işlənilmiş maraqlı ansabl şəklində müxtəlif tərtibatda təqdim olunmuşdur. Fikrət Əmirovun "Min bir gecə" baletindən "Orgiya", "Gözün aydın" musiqili komediyasından "Rəqs", Abram Lobkovskinin "Konsert pyesi", Pyotr İliç Çaykovskinin  "Qu gölü" baletindən "Rus rəqsi", Aleksandr Sankonun "Skerso", Vladimir Şteymanın  Zərb alətləri üçün pyesi, Artur Polinskinin "İspan rəqsi", Qara Qarayevin  "Don Kixot" simfonik qravürlərindən "Səyahət", Yaromir Vayenbergerin  Timpani üçün konserti, Pol Dezmondun "Take five", Duke Ellingtonun "Take the a Train" əsərləri marimbafon, ksilofon, vibrafon, böyük və kiçik təbillər, sinc, üçbucaq və zərb alətləri qurğusunun ifasında dinləyicilərə təqdim olundu.

    Bütün dinləyicilərin böyük marağına səbəb olan konsert gurultulu alqış sədaları altında başa çatdı.