16 mart 2023-cü il
16 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas Fortepiano" kafedrasının müəllim və tələbələrinin konserti keçirildi.
"Bahar gəlir" adlı tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur.
Bayram ab-havalı konsert gecəsində Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, BMA-nın baş müəllimləri Nərgiz Salmanlı, Sevda Məmmədli, və istedadlı tələbələr Hidayət Sadıqbəyli, Əli Talıbov, Ofeliya Dadaşova, Fatimə Hacızadə, Əsmər Alxazova, Rasimə Abdullayeva parlaq ifaları ilə çıxış etdilər.
Zəngin konsert proqramında Friderik Şopenin, Cakomo Puççininin, Astor Piazzolanın, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Mehriban Əhmədovanın əsərləri dinləyicilərə böyük zövq bəxş etdi.
Təntənəli konsert gecəsi tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.