15 fevral 2023-cü il
15 fevral 2023-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Baku Chamber Orchestranın (bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) konserti təşkil olundu.
Gecənin əvvəlində qardaş ölkə Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konsertdə Bakı Chamber Orchestra dirijor Respublika və Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun rəhbərliyi ilə çıxış etmişdir.
Solist Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano) öz ifasını dinləyicilərə təqdim etdi.
Musiqili gecədə Ottorino Respiginin "Qədim rəqslər və ariyalar" silsiləsindən simli alətlər üçün üç nömrəli suita P.172, Səs və simlilər üçün "Qürub" P.101 a, Antonin Dvorjakın Simlilər üçün Serenada E dur op.22, Qara Qarayevin "Matəm odası" əsərləri səsləndirilmişdir.
Tədbir tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.