• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 dekabr 2022-ci il

    30 dekabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın tələbələrinin konserti keçirildi.

    Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) gənc istedadlar Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Nərgiz Hüseynzadə, Zərrin Əliyeva, Ülvi Həsənli, Nadir Eyvazov, Samir Əsədov, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Məmmədzadə öz ifalarını dinləyicilərə təqdim etdilər.

    Qeyd edək ki, konsert proqramında Bella Bartokun “Rumın rəqsləri”, Astor Piazzollanın “Oblivion”, Antonio Vivaldinin “4 violin üçün Konserti”, Corc Bize Voksmanın “Karmen fantaziyası”, Ağa Əliyevin “Adajio”, Kamil Sen Sansın “İntroduksiya və rondo kapriççiozo”, “Vals formasında etüd”, Pablo de Sarasatenin “Navarra”, Pyotr İliç Çaykovskinin “Skertso”, Sərdar Fərəcovun “Skertso”, Reyngold Qliyerin “İki pyes”, Rəna Qədimovanın “Prelüd Nostalji” və Tofiq Bakıxanovun “İmpovizasiya” əsərləri səsləndirildi.

    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.