24 dekabr 2022-ci il
24 dekabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Musiqili gecənin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Günel Zeynallı çıxış etdi.
Orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti, professor, general-mayor Yusif Axundzadə, orkestrin rəisi, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə, baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim etdilər.
Proqramda Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, James Lastın “Tənha çoban”, John Williamsın “İmperial marş”, "Anamız Azərbaycan” (sözləri və musiqisi Fərhad Bədəlbəylinindir), Eric Whitacrenin “The Seal Lullaby”, Rafael Hernandesin “El Cumbanchero”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Rəqs, Müslüm Maqomayevin “Odlar yurdu”, “Azərbaycan”, Elza İbrahimovanın “Ey Vətən”, Zeqinya Abreunun “Tico-tico”, Rüfət Axundzadənin “Qələbə” marşı əsərləri səsləndirildi.
Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.