22 dekabr 2022-ci il
22 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "İxtisas fortepiano" kafedrası tələbələrinin “Dünya azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş təntənəli konserti keçirildi.
Konsertdə BMA-nın istedadlı tələbələri Nuray Əliyeva, Ayan Aslanova, Əli Adıgözəlov, Elçin Məmmədov, İlqarə Talıbova, Jalə İslamova, Nərminə İsmayılova, Nurcan Rzayeva, Məryəm Məmmədova parlaq ifaları ilə dinləyicilərə böyük zövq bəxş etdilər.
Bayram ab-havalı konsert gecəsində Friderik Şopenin “Etüd” № 4, “Skerso” № 1, İohan Bramsın “Macar rapsodiya”sı № 5, Ferens Listin “Macar rapsodiyas”sı № 8, Sergey Raxmaninovun “Etüd” op.39 № 1 c moll, “Etüd-şəkil” № 6, Aleksandr Metnerin “Canzona Serenata”, Aleksandr Skryabinin “Etüd” cis moll op.42 № 5, Robert Şumanın “Uşaq lövhələri” silsiləsi əsərləri dinləyicilərə təqdim olundu.
Konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.