• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2022-ci il

    22 dekabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə və Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş təntənəli konsert keçirildi.

    Qeyd edək ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutdu.

    Rəngarəng konsert proqramında Fikrət Əmirovun bir-birindən maraqlı əsərləri Bakı Musiqi Akademiyasının istedadlı tələbələri tərəfindən tamaşaçılara təqdim olundu.

    Tədbir dinləyicilərin zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.