21 dekabr 2022-ci il
21 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrası tələbələrinin "Fortepiano ansamblı" fənni üzrə konserti keçirildi.
Konsertdə Əməkdar müəllim, professor Nəzakət Rimazi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, dosent Fəridə Sultanova, baş müəllim Könül Axundova və Cəmilə Əmirovanın istedadlı tələbələri - Aygül Mahmudova, Nigar Həsənli, Rasimə Ağayeva, Məryəm Vəliyeva, Leyla Seyidzadə, Nəzrin Quliyeva, Emiliya Maksimova, Elvira Yahyayeva, Arzu Məhərrəmova, Elmar Hüseynov, Ayan Aslanova, Əsmər Alxazova, İlqarə Talıbova, Arian Ghahramani, Flora Umudova, Fidan Muxtarova, Sona İsmayılzadə, Samirə Kazımlı, Şəkər Cavadzadə, İlüzər İbrahimzadə uğurla çıxış etdilər.
Təntənəli konsert proqramında İ.S.Baxın Konsert d moll, Z.Bağırovun "Rapsodiya", N.Smirnovanın "Braziliya Karnavalı", L.Cəfərovanın "Lirik Vals", M.Ravelin "İspan Rapsodiyası" ( IV Feria), D.Brubekin “Points on jazz” balet süitasından Prelüdiya, F.Şopenin "Rondo", Q.Laqidzenin "Saçidao", A.Şnitkenin "Portret", A.Piazzolanın "Libertanqo", A.Stfasmanın “Qar dənəçikləri”, F.Əmirov və E.Nəzirovanın “Alban süitası” (I hissə), C.Allahverdiyevin "Eskizlər" əsərləri dinləyicilərə təqdim olundu.
Gənc pianoçuların parlaq çıxışları tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqışlarla qarşılandı.