• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2022-ci il

    20 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar müəllim, pedaqoji elmlər namizədi, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sinif konserti keçirildi.

    Konsertdə istedadlı pianoçu tələbələr - Beynəlxalq müsabiqələr laureatları  Nigar Heydərli (magistr), Günel Hacıyeva (magistr), Nəriman Məsimov (lll kurs), Zəhra Cahan Şıxəliyeva (lV kurs), Rəşad Ağayev (lll kurs) uğurla çıxış etdilər.

    Gənc musiqiçilərin heyrətamiz ifası hər kəsdə xoş əhval ruhiyyə yaratmaqla,  bütün dinləyicilərin heyrətinə səbəb oldu.

     Müxtəlif dövlərin  və janrların bəstəkarlarının əsərlərini özündə ehtiva edən təntənəli konsert proqramında İohan Sebastiyan Baxın "Tokkata və fuqa" g moll, Friderik Şopenin "Ballada" No.3 As-dur op.47, Dimitriy Şostakoviçin "Prelüd və fuqa d moll N.24 op.87, Aleksadr Skryabinin Etüd cis moll N.5 op.42, Tofiq Quliyevin "Qaytağı", Ceyhun Allahverdiyevin "Eskizlər" əsərləri dinləyicilərə təqdim olundu.

    Onu da qeyd edək ki, konsert proqramının son iki nömrəsi "Qaytağı" və "Eskizlər" (müəllif tərəfindən Fərhad Bədəlbəyliyə həsr olunmuşdur) professor Nərminə Quliyeva və tələbələrinin Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq artisti, dünya şöhrətli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə doğum günü təbriki olaraq, ərmağan olundu.

    Auditoriyanın böyük marağına səbəb olan konsert proqramı və ifaçıların məharətli ifası tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.