• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2022-ci il

    16 dekabr 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində XX əsrin tanınmış caz pianoçusu, “caz-muğam” üslubunun banisi, caz əfsanəsi Vaqif Mustafazadənin anım günü keçirildi.

    “Anam. İçərişəhər. Xəzər...” adlı konsertdə Azərbaycanın məşhur ifaçıları, caz-muğam musiqisinin ulduzları iştirak etdilər.

    Dünya cazının ulduzu Şahin Növrəslinin interpretasiyasında Vaqif Mustafazadənin “Bayati-Şiraz” kompozisiyası Azərbaycanın Xalq artisti Alim Qasımovla Azərbaycan səhnəsində ilk dəfə duet şəklin səsləndirildi.

    Konsertə caz-muğamın ulduzları  – Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyab (ABŞ),  dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın (bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova) müşayiəti ilə Mir Musa Seyidzadə, Azərbaycanın Əməkdar artisti İsfar Sarabski, Etibar Əsədli (Fransa), Riad Məmmədov (Moskva),  Əməkdar artist İskəndər Ələsgərov, Əməkdar artist Ruslan Hüseynov, Elbəy Məmmədzadə, Nicat Aslanov, Elvin Bəşirov, beynəlxalq müsabiqələr laureatı, pianoçu Vurğun Vəkilov və Azərbaycanın Xalq artisti Ənvər Sadıqov  “Qaytağı” ansamblının ifası ilə davam etdilər.

    Təntənəli konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.