• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2022-ci il

    16 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademuyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimləri Safuraxanım Soltanova və Leyla Zeynalovanın sinfinin tələbələrinin "İohan Brams "Gözəl Magelona" adlı konserti keçirildi.

    Konsertin solisti Əməkdar artist Rəna Əliyevanı BMA-nın   lll və lV kurs istedadlı tələbələri Əzizə Abdullayeva, Amalya Ağayeva, Ofeliya Dadaşova, Günel Mustafazadə, Şahnaz Qədirzadə, Səkinə Quliyeva, Səmra Həsənli, Zöhrə Ramazanlı müşayiət etdilər.

    Konsert proqramında İohan Bramsın "Gözəl Magelona" vokal silsiləsindən "Никто еще не раскаивался", "Лук и стрелы хороши для врага", "Горе и радость", "Лябовь может из далеких стран", "Сжалься милостиво над несчастным", "Как радость эту пережить", "Случалось  ли тебе", "Должны мы расстаться", "Спи, лябимая", "Отчаяние", "Как быстро исчезает", Коль развязка суждена", "Сулима", "Как радостен и бодр мой дух", "Вечно верная любовь" romansları səsləndirildi.

    Qeyd edək ki, İ.Brams 15 romansdan ibarət vokal silsiləsini orta əsrlər fransız cəngavər romanı olan "Gözəl Magelona"nın əsasında 19-cu əsrdə yaşamış şair Lüdviq Tikin mətnlərinə bəstələmişdir.

    Tədbir tamaşaçıların böyük zövqünü oxşayaraq, gurultulu alqışlarla qarşılandı.