• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2022-ci il

    15 Dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  Azərbaycan fortepiano və orqan musiqisindən ibarət  “Fortepiano ifaçılığının müasir istiqamətləri” adlı fənninə həsr olunmuş sinif konserti keçirildi.

    BMA-da “Fortepiano ifaçılığının müasir istiqamətləri” fənnini tədris edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas Fortepiano" kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayevanın sinfinin istedadlı tələbələri Gülbacı Muradova, Pərvin Əsgərova, Səbinə Eldarlı, Firuzə Bəylərova, Ülkər Eyvazova  və Mehmanə Quliyeva, Nərminə İsmayılova, Aydan Yeşildağ,  Lamiyə Sərxanova  və Lalə Gözəlova konsertdə uğurla çıxış etdilər.

    Konsert proqramında Nazim Əliverdibəyovun “Bayatı-Şiraz”, Ayaz Qənbərlinin “Miraj”, Cövdət Hacıyevin  “Ballada”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Kavalkada”, Arif Məlikovun “Ötəri anlar”, Aydın Əzimovun “Prelüdlər”, Arif Məlikovun “Skertso” əsərləri dinləyicilərə təqdim olundu.

    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.