• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 dekabr 2022-ci il

    8 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Musiqi Akademiyasının birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor  Fərhad Bədəlbəyli, rayondan seçilmiş millət vəkilləri, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişlər.

    Öncə Azərbaycan Respublikasının Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra tədbiri giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı və Onun mədəniyyət işçilərinə həmişə diqqət, qayğı, böyük dəstək göstərməsini vurğuladı.

    Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi.

    Tədbir daha sonra Baku Chamber Orchestranın ifasında bədii hissə ilə davam etdi. Qeyd edək ki, orkestrin bədii rəhbəri SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

     Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramında ifa olunan Qara Qarayevin "Matəm odası" və Fikrət Əmirovun "Nizami" simfoniyası əsərləri tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.