• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 dekabr 2022-ci il

    2 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin və Sankt-Peterburq Musiqi Evinin birgə təşkilatçılığı ilə "Посольство мастерства" adlı kamera konserti keçirildi.

    Qeyd edək ki, Sankt-Peterburq Musiqi Evinin bədii rəhbəri Rusiyanın Xalq artisti, professor Sergey Rolduqindir.

    Tədbirin əvvəlində Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova konsertə təşrif buyurmuş bütün qonaqları salamladı və konserti açıq elan etdi.

    Konsertdə Rusiyanın istedadlı gənc ifaçıları-Beynəlxalq müsabiqələr laureatları Petr Xudonoqov (fleyta), Vladislav Şerbakov (Trombon), Ravil İslyamov (Skripka), Danil Umnov (Fortepiano), Duqar Tsibikov (qoboy) əsrarəngiz ifaları ilə hər kəsi musiqinin sehrli aləminə qərq etdilər.

    Möhtəşəm tədbir gecəsində Georq Filip Telemanın-Allen Ostanderin fleyta və basso kontinio üçün sonata f moll (trombon və fortepiano üçün işləmə), Anatoliy Lyadov-Mahir Zeynalovun prelüdiya h moll "Fortepiano üçün üç pyes" op.11, N.1 (bas-trombon və fortepiano üçün işləmə), Sergey Raxmaninovun fortepiano üçün 10 prelüd op.23 (15'), N.1 fis moll-N.4-D dur-N.6-Es dur-N.7 C dur;

    Frans Şubertin fleyta və fortepiano üçün "Засохшие цветы", Robert Şumanın qoboy və fortepiano üçün 3 romans op.94 (11), Nikkolo Paqanininin solo skripka üçün Kapriz N.24, a moll, op.1 (5,5), Pyotr İliç Çaykovskinin "Воспоминания о дорогом месте" məcmuəsindən skripka və fortepiano üçün  "Мелодия" op.42, N.3, Karol Şimanovskinin skripka və fortepiano üçün Noktürn və tarantella op.28 (10) əsərləri dinləyicilərə təqdim olundu.

    Təntənəli konsert gecəsi tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqışlarla qarşılandı.

     Tədbirdə qonaq qismində "RusSotrudniçestvo"nun şöbə müdiri Dmitriy Yegorov və Kristina Kondratyeva da iştirak etmişdir.