30 noyabr 2022-ci il
30 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas Fortepiano” kafedrasının dosenti Xədicə Rzayevanın tədris etdiyi XX-XXI əsr ifaçılıq repertuarı fənni üzrə I kurs tələbələrinin “Şuşa ilinə” həsr olunmuş “XX-XXI əsr musiqisi” mövzusunda leksiya-konsert keçirildi.
Konsertdə Şəms Əsgərova, Fidan Novruzova, Nuray Əliyeva, Maya İsmayıllı, A.Bayramzadə, Ləman Camalova, Türkanə Məcidova, Aydın Əliheydər, Kübra Həşimli, Jasmin Dadaşova, Əzəl Məmmədli, Gülsarə Bağırova, Ayşə Məmmədova, Nuranə Mehrəliyeva, Aydan Abasova, Nəzrin Zeynalova, Mədinə Əliyeva, Aysel Məmmədova, Zəminə Kərimova, Nərmin Hüseynli, Rəşid Behbudov, Nurel Kərimova, Fidan Rəşidova, Fidan Əmirova, Rəvan Axundzadə, Tamerlan Baxşıyev əsərləri məharətlə mənimsəyib, dinləyicilərə təqdim etdilər.
Məxsusi seçilmiş konsert proqramında Qara Qarayevin "Yeddi gözəl" baletindən "Aişənin rəqsi" və "Vals", "Eskiz", Fikrət Əmirovun "Prelüd", "Ekspromt", Hans Zimmerin "İnterstellar", Fransis Pulenkin "Caz suitası", Vaqif Mustafazadənin "Melonxolik prinses", Arif Məlikovun "Komdenin arzuları", "Prelüd", Elmira Nəzirovanın "Prelüd", Fərhad Bədəlbəylinin "Prelüd", Ceyhun Allahverdiyevin "Sevəcəyəm", Gülsarə Bağırovanın "Ana", Oqtay Zülfüqarovun "Ağ alma", Astor Piazzolanın "Libertanqo", "Küçələrə su səpmişəm" xalq mahnısı, Zakir Bağırovun "Sentimental vals", Anton Qarsiya Abrilin "Pyes", Con Vilyamsın Şindlerin siyahısı", Bob Arkinin "Sleep away", Faiq Sücəddinovun "Vətən balladası" əsərləri səsləndirildi.
Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.