• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr 2022-ci il

    29 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Sabah" qrupu tələbələrinin konserti keçirildi.

    BMA-nın "Konsertmeyster ustalığı" kafedrasının professorları Gülnarə Məmmədyarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova və dosent Gülnarə Əhmədzadənin tələbələri Aysel İbrahimli, Əsmər Alxazova, Fatimə Vəliyeva, Şükufə Əlizadə, Gülnisə Babayeva, Tasurə Hüseynova, Zərifə Hasilova, Ayan Həsənova, Jalə İslamova, Fidan Yunus, Nigar Hüseynzadə konsertdə məharətlərini nümayiş etdirdilər.

    Əməkdar artist Rəna Əliyeva (vokal), Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova (vokal), Əli Muradov (vokal), Namiq Səlimov (klarnet), Ayan Məmmədova (viola), Məhəmməd Əliyev (violin), Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəvan Mustafazadə (tar) konsertin solisti olaraq çıxış etdilər.

    Rəngarəng konsert proqramında İohan Bramsın "Təfəkkür", Fikrət Əmirovun "Azərbaycan elləri", Pyotr İliç Çaykovskinin "День ли царит", Vasif Adıgözəlovun "Qərənfil", V.Kyaranın "La spagnola", Tofiq Quliyevin "Sevgilim", "Zibeydə, M.Schmitz "Romantik vals", Səid Rüstəmovun "Oxu tar", Karl Baermanın "Romans", Musa Mirzəyevin "Ты сказала, что Саади...", Arif Məlikovun "Romans",  Qara Qarayevin "Yeddi gözəl" baletindən "Qızların rəqsi", Cahangir Cahangirovun "Ana", "Füzuli" kantatasından ll hissə əsərləri səsləndirildi.

    Tədbir tamaşaçılarda xoş təəssürat yaradaraq, gurultulu alqışlarla başa çatdı.