28 noyabr 2022-ci il
28 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Metodika və xüsusi pedaqoji hazırlıq" kafedrasının "Musiqi müəllimliyi" şöbəsinin tələbələrinin konserti keçirildi.
Konsert tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Sevda İbrahimovanın əziz xatirəsinə həsr olunmuşdur.
"Metodika və xüsusi pedaqoji hazırlıq" kafedrasının müəllimləri - Əməkdar müəllimlər professor Leyla Məmmədəliyeva, dosent Mədinə Tuayeva, Əməkdar artist Nigar Məlikova, dosentlər Nərgiz Əlizadə, Zəhra Qarayeva, Fatimə Əliyeva, Nərgiz Hüseynova və Arzu Rzayevanın tələbələri Coşqun Qadaşov, Nəzrin Hüseynova, Məsməxanım Allahverdiyeva, Məhəmməd Əliyev, Gülnarə Kərimova, Xədicə Məhəmmədi, Lalə Qurbanova, Firuzə Babayeva, Sərfinaz Eminova, Cəmilə Həsənli, Firuzə Məcidli, Jalə Mikayılova, Lalə Namazova, Cəmilə Məmmədzadə, Rəşid Bəylər, Aysu Mahmudlu, Ülkər Rüstəmova, Şükufə Əlizadə, Aytac Məlikli, Səbinə Mütəllibzadə və Sevinc Ağayeva böyük məharətlə çıxış etdilər.
Olduqca rəngarəng olan konsert proqramında Sevda İbrahimovanın və başqa bəstəkarların əsərləri səsləndirildi. Belə ki, Üzeyir Hacıbəylinin "Sənsiz", Sevda İbrahimovanın "Azərbaycan təranələri" məcmuəsində N.13, "Qəlbimin nuru", "Yadıma sən düşəndə "Prelüd N.8, Qara Qarayevin "Yeddi gözəl" baletindən Ayşənin rəqsi, Prelüd N.7, Prelüd N.2, Azərbaycan Xalq mahnısı "Aman ovçu" (işləmə Nazim Bağırov), Vaja Azaraşvilinin "Nostalgiya", İzzət Əliyevanın Prelüd N.6, Əziz Əzizovun Prelüd N.5, Tofiq Quliyevin Prelüd N.2, Vasif Adıgözəlovun "Qərənfil", Ceyhun Allahverdiyevin "Sevəcəyəm", Səid Rüstəmovun "İntizar", İlham Abdullayevin "İthaf", Zakir Bağırovun "Pyes", Pikə Axundovanın "Qış gecəsi" əsərləri dinləyicilərə təqdim olundu.
Tədbir tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqışlarla başa çatdı.