24 noyabr 2022-ci il
24 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın "Fortepiano, orqan və klavesin" kafedrasının professor-müəllim heyətinin, tələbələrinin, məzunlarının iştirakı ilə konsert baş tutdu.
Təntənəli konsert "Şuşa ili"nə həsr olunmuşdur.
Tədbirdə BMA-nın tələbələri Nigar Məmmədova, Özcan Cabbari, Kənan Məmmədzadə, Nərmin Həsənli, Emil Hüseynov, Murad Kərimov, Ayşə Baxşəliyeva, Aysun Mahmudzadə, Hüseyn Rzayev, Nargilə Əliyeva, Ülkər İsmayılova, Məhəmmədəli Paşazadə, Zeyn Cəfərov, Fidan Rəşidova, Röya Əliyeva, Tərlan Feyzullayev, Aytel Məmmədova, Gülbacı Muradova uğurla çıxış etdilər.
Konsert proqramı öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Sonra Vasif Adıgözəlovun “Prelüd №1”, Edvard Elqarın “Salut D Amor”, Maria Tereza Paradisin “Siciliene”, Arif Məlikovun “Komdenin arzuları”, Kristof Villibald Qlyukun “Andante”, “Qubanın ağ alması” fantaziyası (Xəyal Tahirlinin köçürməsi), Fikrət Əmirovun “Laylay”, “Barkarola”, Faiq Sücəddinov “Vətən balladası”, Astor Piazzollanın “Oblivion", Tofiq Quliyevin “Gölün yanında”, Georq Muffatın “Tokkata nona” e moll, Aqşin Əlizadənin “Prelüd №1, Asəf Zeynallının “Muğamsayağı” fantaziyası, Süleyman Ələsgərovun “Sözsüz mahnı”, İohan Sebastiyan Baxın xoral d moll (BWV 765) əsərləri ifa olundu.
Rəngarəng konsert proqramı dinləyicilər tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqışlarla başa çatdı.