• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 noyabr 2022-ci il

    22 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "Konsertmeyster ustalığı" kafedrasının müəllimi dosent Gülnarə Əhmədzadənin sinif konserti keçirildi.

     Rəngarəng konsertin solistləri Əməkdar artist Aynur İsgəndərli, Yuliya Heydərova, prezident təqaüdçüsü Atəş Qara, respublika bə beynəlxalq müsabiqələr laureatları Güllübəyim Məmmədova, Mircavid Cəfərov, Qəmərxanım Məmmədova, Nəzrin Muradlı, Gülnar Nəcəfova və Fərid Hacıyev ecazkar ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

     Solistləri tədbirdə BMA-nın istedadlı tələbələri Əsmər Alxasova, Əli Talıbov, Ayla Həsənova, Gülnisə Babayeva, Firuzə Abbasova, Günel Rizvanova, Jalə İslamova, Ülkər Məmmədova, Rəhimə Qurbanova, Nərmin Qasımlı, Nəriman Məsimov, Aysel Şahbazlı və Səriyyə Məmmədova müşayiət etdilər.

    Zəngin konsert proqramında Müslüm Maqomayevin "Anam Azərbaycan", Süleyman Ələsgərovun "Vətən", Niyazinin "Arzu", Astor Piazzolanın "Libertanqo", Rimski Korsakovun "О чем в тиши ночей", Sergey Raxmaninovun "Весенние воды", Joze Maria le Kallenin "Amapola", Enrike Qranadosun "İspan rəqsi", Manuel de Folyanın "İspan rəqsi", Həsən Rzayevin "Çahargah fantaziyası", Asəf Zeynallının "Ölkəm" romansı dinləyicilərə təqdim olundu.

    Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.