• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 noyabr 2022-ci il

    2020-ci il 8 noyabr tarixində Ali baş komandan cənab İlham Əliyevin müdrik siyasəti, cəsur döyüşçülərimizin qəhrəmanlığı sayəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu. Bu əlamətdar hadisə Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu.

    Artıq bu şanlı qələbəmizdən  iki il ötür və ölkəmizdə Zəfər günü ilə əlaqədar silsilə tədbirlər, konsertlər təşkil olunur.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, BMA-nın nəzdində fəaliyyət göstərən Opera Studiyası da bu tədbirlərə ev sahibliyi etməkdədir.

    05 noyabr 2022-ci il tarixində  Opera Studiyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən Zəfər bayramına həsr olunan "Tarixin qürur səhifəsi" adlı təntənəli konsert keçirildi.

    Tədbir başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Sonra BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Nihat Ağayev qonaqları salamlayraq, konserti açıq elan etdi.

    Konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları Cəmalə Abdinzadə, Fidan Yunus, Kamran Talıblı, Rəşad Ağayev, Cavidan Rəsulov, Əli Adıgözəlov, Əzizə Ağazadə, Gülnar Nəcəfova, Nəzrin Muradlı,  Ləman Piriyeva, Rəşad Abdullayev, Humay Hacızadə, Fəridə Abbaszadə və "Sabah" qrupunun xor kolletivi (Bədii rəhbər və dirijor Dmitri Babayev) çıxış etdi.

    Zəngin konsert proqramı Üzeyir Hacıbəylinin "Sənsiz" romansı ilə başladı. Sonra Astor Piazzolanın Fleyta üçün pyes, Vasif Adıgözəlovun "Şuşam lay-lay", Mişel Manganinin "Pagina d’album", Samuel Barberin "Pas de deux, Xalq mahnıları “Sarı gəlin”, (kvintet üçün işləyəni Kamran Talıblı), “Laçın” (f-no üçün işləməsi Rəşad Ağayevindir), Fazil Sayın "İstanbulda qış sabahı", Arif Məlikovun  “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Qara Qarayevin "Yeddi gözəl" baletindən Vals, Tofiq Quliyevin "Qaytağı", Jak İberin "Deux interludes", Fikrət Əmirovun "Mən səni araram", Polad Bülbüloğlunun "Vətənim" (Xor üçün işləyəni Dmitri Babayevdir) əsərləri dinləyicələrə təqdim olundu.

    Bayram ab-havalı konsert gecəsi tamaşaçılarda xoş təəssürat yaradaraq, gurultulu alqış sədaları altında başa çatdı.

    Qeyd edək ki, tədbirdə qonaq qismində  bir çox universitet tələbələri də iştirak etmişlər.