4 noyabr 2022-ci il
4 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında 8 noyabr Zəfər bayramına həsr olunmuş konsert keçirildi.
Konsertdə bədii rəhbəri Əməkdər incəsənət xadimi, dosent Rüfət Axundzadənin olduğu, dirijoru BMA-nın müəllimi Taleh Qəmbərovun rəhbərliyi altında Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri orkestrinin təntənəli konserti keçirildi.
Nəfəs və zərb alətləri orkestrinin müşayiətilə solistlər Aqşin Xudaverdiyev, Atefe Qarabaği və BMA-nın tələbə xor kollektivi (bədii rəhbəri Xalq artisti, professor Gülbacı İmanova) məharətlə çıxış etdilər.
Bayram ab-havalı konsert proqramında Azərbaycan Respublikasının Dövlət Himni, Yusif Axundzadənin "Azərbaycan marşı", Ceddin Dedenin "Mehtər marşı", Rüfət Axundzadənin "Qələbə marşı", Fərhad Bədəlbəylinin "Anamız Azərbaycan!", "Zəfər marşı" əsərləri ifa olundu.
Zəfər gününə həsr olunmuş tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.