3 noyabr 2022-ci il
3 noyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 noyabr-Zəfər gününə həsr olunmuş "Azərbaycan, Yurdum mənim!" adlı təntənəli konsert keçirildi.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının müəllimləri-Əməkdar İncəsənət xadimi, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova və tələbələr Nəzrin Qulamova, Fidan Muxtarova, Rasimə Abdullayeva, Məryəm Məmmədova, Sübhiyyə Əsgərova, Gültəkin İsgəndərova, Aydın Əliheydər, Natəvan Səlimova, Ofeliya Dadaşova, Nərminə Mürşüdzadə, Aysel İbrahimli, Gülsarə Bağırova, Zərifə Hasilova, Ülkər Rüstəmli, Zöhrə Ramazanlı uğurla çıxış etdilər.
Zəngin konsert proqramında Əfrasiyab Bədəlbəylinin "Adajio", "Vals", Fikrət Əmirovun Prelüd N.1, Niyazinin "Arzu" romansı, Zakir Bağırovun "Fakir", Arif Məlikovun "Komdenin arzuları", Rafiq Babayevin Üzeyir Hacıbəylinin "Arşın mal alan" mövzuları əsasında Fantaziya (Fortepiano üçün işləyəni Sevda Məmmədli), Sevda Məmmədlinin "Laçın balladası", “Zərif Kərimovanın "Qarabağ - biz qayıtdıq" əsərləri dinləyicilərə təqdim olundu.
Qələbə ruhlu konsert gecəsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqışlarla başa çatdı.