• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 noyabr  2022-ci il

    2 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında "Şuşa ili"nə həsr olunan Təhsil, İT və Mühəndislik üzrə SABAH qruplarının Bilik yarışması keçirildi.

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində “Şuşa ili”nə həsr olunan tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyəti iştirak etdilər.

    Bədii hissədə BMA-nın lll kurs tələbəsi Rəşad Ağayev "Laçın.Qayıdış", Simli kvartet "Sarı gəlin" və  "Sabah" qrupunun Xor kollektivi  Polad Bülbüloğlunun "Vətən" (Xor üçün işləmə Dmitri Babayevindir) əsərini ifa etdilər.

    Tədbir tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.