• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr 2022-ci il

     27 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş "Жизнь во имя музыки" adlı konsert keçirildi.

    Qeyd edək ki, tədbir "СтолицА"РТ teatrının direktoru,  Bakı mahnısı müəllifi klubunun vitse-prezidenti Vəfa Məmmədovanın təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakıdakı Rus Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə baş tutdu.

    Bəstəkar Fikrət Əmirovun qızı Ə.Sevil qonaqları salamladı və belə təntənəli konsertin təşkil olunmasında bütün əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.

    Əlvan rənglər, xoş əhval-ruhiyyə, təəssüratlar bəxş edən və Azərbaycana sonsuz sevgilər bildirən konsert proqramında Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Saib Paşazadə, Nərgiz Əliyeva, Aleksey Miltıx, Beynəlxalq müsabiqə və festivalların laureatları Adil Axundov, Mahir Tağızadə, Əminə Zülfüqarova, Nigar Həsənova, Əzizə Ağazadə, Nailə Xasıyeva, Fəqan Həsənli, Cəmalə Abdinzadə, Samir Səmədov, Fatimə Xələfova və Sabah qrupunun Xor kolletivi (bədii rəhbər və dirijor Dmitri Babayev) parlaq ifaları ilə çıxış etdilər.

    Konsert tamaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.