• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2022-ci il

    28 oktyabr 2022-ci il tarixində Bakıdakı Rus Evində Beynəlxalq Musiqi gününə həsr olunmuş konsert keçirilmişdir.

    Konsert proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Alyona İnyakina tərəfindən hazırlanmışdır.

    Konsert proqramında müxtəlif janrlarda Azərbaycan, rus və xarici bəstəkarların klassik və müasir estrada əsərləri səsləndirmişdir.

    Musiqiçilərin repertuarında əsas yeri bu ildə yubileyləri qeyd edən bəstəkarların əsərləri: F.Əmirovun, R.Hacıyevin, S.Rüstəmovun, C.Rossininin, V.Solovyov-Sedoyın tutmuşdur. Qeyd edək ki,  bu musiqili gecədə premyera baş tutub. Bakı səhnəsində ilk dəfə olaraq L.Muxtarova və A.İnyakina bəstəkar M.Rixterin “Noyabr” pyesini ifa etmişdirlər.

    Konsert proqramında aşağıdakılar iştirak edib: Alyona İnyakina, BMA-nın baş müəllimi, Niyazi adına Simfonik Orkestrinin solisti Lalə Muxtarova, BMA-nın konsertmeyserləri Dilarə Kərimova və Ülviyyə Əliyeva,  Azərbaycan Respublikasının əməkdar artisti Anton Ferştandt, M.Mağomayev adına Azərbaycan  Dövlət Akademik Filarmoniyasının Dovlət Xor kapellasının  artistləri Fərhad Ələkbərov və Kamilla İmanova,  BMA-nın tələbə və məzunları - Gülzar Hüseynova, Atefe Qarabaği, Aminat Əhmədova, Nərgiz Məmmədova, Vladimir Polyakov, Alisa Zayats, həmçinin "Qelikon-opera" Moskva musiqi teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Məmmədova.

    Tamaşaçılar musiqiçiləri hərarətlə qarşıladılar. Bir çox məşhur mahnılar bütün zalın oxunması ilə dəstəkləndi. Musiqili gecənin sonunda “RosSotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov tədbirin bütün iştirakçılarına təşəkkürnamələr təqdim edmişdir. Bayram konserti sürəkli alqışlarla başa çatdı!