25 sentyabr 2022-ci il
25 sentyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində "İlk ifalar" adlı konsert keçirildi.
Konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin və Azərbaycan Dövlət Fortepiano Triosunun müşayiətilə solistlər Leyla Əliyeva və Aynur Xəlilova çıxış etdilər.
Gecədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qızıl Qələm media mükafatı laureatı, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın Simli kvartet üçün "Ötəri an" (Çeşmə başında), gənc bəstəkarlar Röya Hüseynovanın Simli kvartet,
Azər Hacıəsgərlinin Trio üçün "Üç havanın rəqsi", Elmir Mirzəyevin Trio və səs yazısı üçün "Epitaf", Lalə Cəfərovanın "İspansayağı", Vüqar Məmmədzadənin "Trio üçün pyes" əsərləri səsləndirildi.
Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.