• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 sentyabr 2022-ci il

    27 sentyabr 2020-ci il tarixində başlanan ikinci Qarabağ müharibəsi ölkəmizin şanlı tarixidir.

    44 gün ərzində davam döyüşdə  düşmənə ciddi müqavimət göstərən Vətənin igid oğullarının, torpaqlarımızın ərazi bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər il bu tarixdə anım günü kimi qeyd olunur.

    Bu il anım günü 26 sentyabr 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında qeyd olundu.

    27 sentyabr II Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri-Ərol Rzayev, Rəşad Abdullayev, Leyla Baxışova, Əli Adıgözəlov, Nigarxanım Süleymanova, İlahə Məmmədova, Rəşid Behbudov, Ayan Aslanova, Əziz Pənah, Əli Günəşov, Atefei Gharabağı, Jalə İslamova, Kamran Talıblının parlaq ifaları dinləyicilərə təqdim olundu.

    Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsert proqramında Fikrət Əmirovun "Poema -Monoloq", Arif Məlikovun "Komdenin xəyalları", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gülçöhrənin naləsi", Sergey Raxmaninovun "Etüd-lövhə" N.6 a moll, op.39, Nigarxanım Süleymanovanın "Prelüdiya", Həsən Rzayevin "Çahargah rapsodiyası", Friderik Şopenin "Skertso" N.1 h moll, Frensiz Pulenkin "Trio", Kaççininin "Ave Maria", Sergey Prokofyevin "Qarabasma", Astor Piazzolanın fleyta üçün pyes, Fikrət Əmirovun "Mən səni araram" (işlənməsi Dmitri Babayevindir) əsərləri səsləndirildi.

     Konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında sona çatdı.

    Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirdilər.