• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 sentyabr 2022-ci il

    22 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vyana şəhərində keçirilən "Odlar Yurdunun Səsləri" Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri olan  ifaçılıq sənətinin  gənc ulduzlarının konserti keçirildi.

    Tədbirin əvvəlində auditoriya qarşısında çıxış edən Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, istedadlı pianoçuları dinləyicilərə təqdim etdi və hamını onların əsrarəngiz ifalarından zövq almağa dəvət etdi.

    Konsertdə Cənubi Koreyadan Heli Kanq və Avstriyadan Fransada keçirilən Lion Beynəlxalq piano müsabiqəsinin və İspaniyada keçirilən ClaMo Beynəlxalq piano müsabiqələrinin qalibi və laureatı Anna Leyerer parlaq solo ifaları ilə heç kəsi biganə qoymadılar.

    Konsertdə Heli Kanq Dominiko Skarlattinin Sonata K.427, G dur, Sonata K.175, A dur, Volfqanq Amadey Motsartın J.P.Duporun Menuetinə 9 variasiya, D dur, K.573, K.Şumanın "Musiqili gecələr" noktürnü N.2 F dur, op.6, Feliks Mendelsonun Ciddi variasiyalar op.54, Maris Ravelin piano üçün "Miroirs, M.43, "Une barque sur l'ocean", "Alborada del gracioso" və Anna Leyerer Rodion Şedrin-M.Pletnyov "Anna Karenina" baletindən Proloq və "At yarışı", Alberto Ginasteranın "Argentina rəqsləri" op.2, Aleksandr Skryabinin 7 prelüd, op.17, Ferens Listin Etüd N.4, "Mazepa", "Unudulmuş vals" N.4, "Macar rapsodiyası" N.6 əsərlərini təqdim etdilər.

    Dinləyiciləri musiqinin sirrli dünyasına qərq edən ifaçıların təntənəli ifası böyük alqış sədaları ilə qarşılandı.