• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 İyul 2022-ci il

    8 iyul 2022-ci il tarixində Bakıda Rus Evində Ailə, Sevgi və Sədaqət Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

    Tədbir çərçivəsində bayram konserti keçirilib və 25 ildən artıq nikahda olan 12 cütlük “Sevgi və sədaqətə görə” medalları ilə təltif edilib.

    Tədbir Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus Evinin, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkil olunub.

    Tədbirin musiqi proqramını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina hazırlayıb. O, Vəfa Məmmədova ilə birgə tədbirin aparıcısı kimi də çıxış edilib.

    Konsert proqramında Azərbaycan Respublikasının Əməkdar Artisti, Moskva Helikon Operasının solisti Elnarə Məmmədova, beynəlxalq müsabiqələr laureatı Nəriman Əliyev (Sankt-Peterburq), Azərbaycanın əməkdar artisti Anton Ferştandt, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Fərhad Ələkbərov, BMA-nın konsertmeysteri Dilarə Kərimova, BMA-nın baş müəllimi Alyona İnyakina, BMA-nın Məktəb-studiyasının məzunu Teymur Kazımov, BMA-nın tələbəsi Aysel Hüseynzadə, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova çıxış ediblər.

    Onların ifasında Sergey Raxmaninovun “Здесь хорошо”, Vladimir Vlasovun “Фонтану Бахчисарайского дворца” Pyotr Çaykovskinin “Я люблю Вас” Lenskinin ariozosu, Cuzeppe Verdinin Raymond Paulsun “Миллион алых роз”, Gennadiy Qladkovun “Trubadurun Serenadası”, Nino Rota “A Time for us”, Tixon Xrennikovun “Что так сердце растревожено”, Rodolfo Falvo “Dicintello vuje”, Tofiq Quliyevin “Sevgilim”, Frederic Lounun. “İstədiyim rəqs”, Bert Kempfertin “Strangers in the night”, Eduard Kolmanovskinin “Я люблю тебя, жизнь”, Müslüm Maqomayevin “Mavi əbədiyyət” və “Azərbaycan” kompozisiyaları səsləndirilmişdir.

    “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov mükafatlandırma mərasimindəki çıxışında hər kəsə öz həyat yoldaşını tapmağı və onunla xoşbəxt həyat sürməyi arzulayıb.

    Mükafatlandırılanlar arasında Azərbaycan Respublikasının xalq artisti, general-mayor Yusif Axundzadə, M.Maqomaev adına  Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müəvini Afət Mikayılov, Müqəddəs Arxangel Mixail Kilsəsinin keşişi Andrey Bezotosnıy olmuşdur.

     Mükafatları Rus Evinin rəhbəri İrek Zinnurov, Bakı Yeparxiya Administrasiyasının katibi ata Aleksiy, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Pavel Kuznetsov, Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Murad Qadılşin və Müqəddəs Arxangel Mixail Kilsəsinin rektoru Ata Mefodiy təqdim ediblər.

    Təntənəli tədbirin sonunda “Rus Evi”nin səhnəsində Kristina Əfəndiyevanın dirijorluğu ilə Arxangel Mikail kilsəsinin xoru çıxış edib.