7 iyun 2022-ci il
7 iyun 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında respublika və beynəlxalq müsabiqələr laureatları – üç pianoçu Gülşən Mehdiyeva, Oksana Gül, Zərif Kərimova və fleyta ifaçısı Nərgiz Əliyevanın Milli Qurtuluş gününə həsr olunmuş “Klassik musiqi gecəsi” konserti keçirildi.
Konsert proqramına Azərbaycan və dünya klassiklərinin, müasir bəstəkarların və müəllif əsərləri daxil edilmişdir.
Rəngarəng konsert proqramında L.V. Bethovenin fleyta və fortepiano üçün sonata B dur (1 hissə), F.Şubertin fortepianoda 4 əl üçün fantaziya f moll, Z.Kərimovanın fortepiano üçün pyes "Poema",
P.Hindemitin fleyta və fortepiano üçün Sonata (1 hissə), A.Dvorjakın fortepianoda 4 əl üçün "Slavyan rəqsi" N.2, A.İsgəndərovun fleyta və fortepiano üçün “Segah“, J.Massnenin Fleyta və fortepiano üçün “Elegie“, K.Qlyukun "Orfey və Evridika“ operasından fortepianoda 4 əl üçün parça, V.Saparovun fleyta və fortepiano üçün "Alla tango" əsərləri səsləndirildi.
"Klassik musiqi gecəsi" konserti tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.