• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2022-ci il

    1 iyun 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı, "Vişegrad" qrupunun sədrliyi və Bakı Musiqi Akademiyasının əməkdaşlığı ilə "Avropanın yenidən yüklənilməsi" adlı tədbir keçirildi.

    Tədbir çərçivəsində “Vışeqrad Qrupu”nun təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasına həsr olunmuş Azərbaycan Uşaq İctimai Birliyinin sərgisi təqdim olunub, həmçinin istedadlı macar musiqiçilərinin – tuba ifaçısı Zalan Kovaç və arfaçı ifaçısı Klara Babelin ifasında konsert proqramı nümayiş olundu.

    Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, hansı ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik etdi və Macarıstanın Azərbaycandakı səfirliyi ilə BMA arasında uzun illər davam edən dostluq münasibətlərindən, birgə həyata keçirilən çoxsaylı layihələrdən, konsertlərdən və ustad dərsləri haqqında tamaşaçılara məlumat verdi. Sonra söz Macarıstanın Azərbaycan Respublikasındakı  Səfirliyinin mədəniyyət attaşesi cənab Mixay Qruberə və Azərbaycan Uşaqlar Birliyinin sədri xanım Kəmalə Ağazadəyə verildi. Xanım K.Ağazadə çıxışının sonunda qonaqları istedadlı uşaqların məişət tullantılarından hazırladıqları əl işlərindən ibarət sərgiyə baxmağa dəvət etdi.

     Sonra həmin uşaqlardan ibarət xor kollektivinin maraqlı ifası tamaşaçılara təqdim olundu.

    Davam edən konsertdə professional musiqiçilər səhnəyə çıxdı: Tuba ifaçısı, F.List Akademiyasının Nəfəsli alətlər kafedrasının müəllimi, "Bax hamı üçün" klassik festivalının yaradıcısı və prezidenti Zalan Kovaç və Macarıstanın ilk arfa ifaçısı, F.List Akademiyasının müəllimi Klara Babel. Konsert proqramında musiqiçilərin ifasında xarici ölkə bəstəkarlarının klassik əsərləri, o cümlədən Macarıstan klassik musiqisinin banisi Ferens Listin və Zalan Kovaçın əsərləri səsləndirildi.

    Konsert çərçivəsində zaldakı böyük uşaq auditoriyasını nəzərə alaraq və uşaqların müdafiəsi bayramı ilə əlaqədar, musiqiçi həmçinin  öz yumoristik çıxışlarını da hazırladı və bununla da həm balaca dinləyicilərin, həm də tədbirin bütün digər qonaqları kimi  tamaşaçıların da böyük marağına səbəb oldu. Qeyd edək ki, tədbirin beynəlxalq xarakter daşıması çoxlu sayda xarici qonaqların - rəsmi şəxslərin və sıravi dinləyicilərin diqqətini cəlb etdi.

    Qeyd edək ki, tədbirdə Macarıstan, Litva, Çexiya, Əfqanıstan, Tacikistan, Rumıniya, Misir və başqa ölkələrin Azərbaycandakı səfirliyinin nümayəndələri qonaq qismində iştirak edirdilər.

    Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan konsert gurultulu alqışlarla sonlandı.