• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2022-ci il

    31 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında 28 may Müstəqillik gününə həsr olunmuş konsert keçirildi.

    Konsertdə bədii rəhbəri Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə və dirijor Taleh Qəmbərovun rəhbərliyi altında BMA-nın "Nəfəs və zərb alətləri" kafedrasının tələbələrindən ibarət Nəfəs alətləri orkestri böyük müvəffəqiyyətlə çıxış etdilər.

    Konsert proqramında Ü.Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himni, M.Maqomayevin "Radio marşı" (işlənməsi R.Axundzadə, İ.Allahverdi), Q.Qarayevin "Yeddi gözəl" baletindən Vals, "Taksi" k/f-dən musiqi parçası, C.Denenin "Mehter marşı" (işlənməsi F.Məmmədzadə), R.Axundzadə "Qələbə marşı" əsərləri səsləndirildi.

    Bayram əhval-ruhiyyəli konsert hər kəs tərəfindən böyük maraqla və gurultulu alqışlarla qarşılandı.