• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2022-ci il

     26 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirildi.

     “Günümüzün gəncləri” adlı konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları - skripka ifaçısı Zərrin Əliyeva və violonçel ifaçısı Orxan Hüseynov çıxış etdilər.

    Fəxri qonaqlar arasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə, tanınmış bəstəkar, Azərbaycanın Xalq Artisti Tofiq Bakıxanov, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi, bəstəkar, professor Azər Dadaşov, başqa mədəniyyət və incəsənət xadimləri də var idi.

    Konsert proqramına başlamazdan əvvəl musiqişünas Tamilla Əhmədova çıxış edərək, “Gənclərə Dəstək” layihəsi, bu layihə çərçivəsində həyata keçirilən tədbirlər və konsertlər, eləcə də layihə iştirakçılarının yaradıcılıq uğurları barədə məlumat verdi.

    Tamilla Əhmədova qeyd edib ki, “Gənclərə dəstək” layihəsinin əsas istiqamətlərindən biri də istedadlı gənclərə dəstək olmaq, onların yaradıcılığını geniş ictimaiyyətə təqdim etməkdir. Layihənin müasir gəncliyin musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

    Sonra söz musiqiyə verilmiş, Zərrin Əliyevanın ifasında Fikrət Əmirovun “Muğam-poema” əsəri ilə konsertə başlanılmışdır.

    Sonra estafet Orxan Hüseynov ötürülmüş, o, Nikkolo Paqanininin 4 nömrəli konsertini, Tofiq Bakıxanovun “İmprovizasiya” və “Sözsüz”, Robert Şumanın “Fantastik pyeslər” əsərlərini ifa etmişdir., Gecə İohan Sebastyan Baxın, Pyotr Çaykovskinin, Pablo de Sarasatenin əsərlərinin ifası ilə davam edib.

    Sonda Zərrin Əliyeva Azər Dadaşovun onun üçün bəstələdiyi “Zərrin” əsərini dinləyicilərə təqdim etdi.

    Təntənəli konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.