• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 may 2022-ci il

    19 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Akademik Dövlət Filarmoniyasında "Dmitri Sitkovetski ilə görüşlər" silsiləsi çərçivəsində kamera konserti keçirildi.

    Öncə görkəmli musiqiçi Dmitri Sitkovetski bütün qonaqları salamladı. O, yenidən ona doğma olan Bakı şəhərində olmağından və musiqiçi dostları ilə görüşməkdən çox şad olduğunu bildir.

    Sonra konsert açıq elan olundu.

    Tədbirdə bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın müşayiətilə tanınmış skripka ifaçısı və dirijor Dmitri Sitkovetski öz əsrarəngiz ifası ilə hər kəsi musiqinin sehirli aləminə qərq etdi.

    Musiqisevərləri bir araya toplayan konsert proqramında İ.S.Baxın Violin ilə orkestr üçün a moll konserti, A.Pyartın Violin, simlilər və zərb alətləri üçün "Fratres" , E.Dohnanyinin Simli alətlər üçün "Serenada" (D.Sitkovetskinin transkripsiyasında) əsərləri və D.Sitkovetskinin dirijorluğu ilə F.Əmirovun Simli orkestr üçün "Nizami" simfoniyası səsləndirildi.

    Musiqiçilərin parlaq ifası dinləyicilərdə böyük məmnunluq doğurduğundan yenidən səhnəyə BİS olundu.

    Təntənəli konsert gecəsi tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.

    Qeyd edək ki, konsertdə qonaq qismində tanınmış incəsənət adamları, musiqiçilər iştirak edirdi.