• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2022-ci il

    18 may 2022-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən

    Beynəlxalq "Muzeylər günü" çərçivəsində muzey mühitində genişmiqyaslı multimedia layihəsi - "Muzeydə Gecə"  yeni reallıq və rəqəmsal texnologiyalar formatında geniş kütləyə təqdim edilmişdir.

    Tədbirdə bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Baku Chamber Orchestranın müşayiətilə solistlər Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) parlaq ifaları ilə çıxış etdilər.

    Təntənəli konsert proqramında Ü.Hacıbəylinin "Arazbarı", D.Çimarozanın qoboy və orkestr üçün konsert c moll, F.Mendelsonun Simli simfoniya N.10 b moll, F.Şopenin Konsert N.1 op.11, e moll əsərləri səsləndirildi.

    Tədbir tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gur alqışlarla başa çatdı.