• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2022-ci il

     18 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında 28 may Respublika gününə həsr olunmuş BMA-nın "Fortepiano,orqan və klavesin" kafedrasının konserti keçirildi.

    Xüsusi incəliklə seçilmiş geniş və rəngarəng konsert proqramında Azərbaycan Respublikasının Himni, A.Qənbərlinin “Postlüdiya”, C.Allahverdiyevin “Prelüd”, A.Məlikovun  “Qızların rəqsi”, M.Mirzəyevin “Lirik mahnı”, A.Əzizovanın “Prelüdiya”, F.Sayın “Ballada“ № 23, İ.S.Baxın “Xoral” h moll, “Xoral” A dur, P.Manzın “Ariya”, C.Klarkın “Marş”, K.V.Qlyukun "Orfey" operasından “Melodiya”, L.Yirumanın "Prelüd", F.Şubertin “Serenada”, “Polonez” № 5, 4 əl üçün (Nelli Abutidzenin iki orqan ifası üçün köçürməsi), Q.Kuznyakın “Ragtime”, J.Bizenin “Serenada”, SATİ "Nosieras", A.Piazzollanın “Libertanqo”, “Milonga del angel”, D.Brubekin “Take five”, B.Bertoluççinin “Beaty and the Best”, V.Allahverdiyevin “Prelüdiya”, Q.Qarayevin “Prelüdiya” A dur, A.Rzayev “Prelüdiya” g moll, A.Şnitkenin “Menuet”, A.Skryabinin “Etüd”  № 12, N.Ndjankovskiyin “İntermezzo” d moll, E.Nəzirovanın “Prelüd”, S.Nəzərovun “Musiqi Akademiyasının Himni” əsərləri səsləndirildi.

     Bayram ab-havalı konsertdə kafedranın professoru Adilə Mailova, müəllimi Gülnar Mirqasım və istedadlı tələbələri - Nigar Məmmədova (məzun), Əli Cəfərzadə, Erol Rzayev, Azər Təmizizadə,  Əli Talıbov, Rafət Məmmədov, Ülkər Əsədova, Aysel Tağıyeva, Əsmər İslamzadə, İlahə Məmmədova,  İsa Kələntərov, Kristina Rəhmanova, Faiq Əlizadə, Fatimə Salmanova, Əli Zöhrabi, Gülşən İbrahimova, Rüfət Məmmədov,  Namiq Səlimov, Əhməd Əhmədov, Narınc Baxşəliyeva, Ayşən Baxşəliyeva, Fidan Vəliyeva, Kəmalə Əkbərova, Kənan Rəhmanzadə, Aydan Allahverdiyeva, İbrahim Kazımov və Məktəb-studiyasının şagirdləri Fatimə Kələntərova, Məryəm Qədimova uğurla çıxış etdilər.

    Dinləyicilərin zövqünü  oxşayan bayram konserti gurultulu alqış sədaları altında başa çatdı.