16 may 2022-ci il
16 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar incəsənət xadimi, professor Kəmalə Neymanovanın sinfinin "Kamera Musiqisi Konsertləri seriyası" adlı konserti keçirildi.
Tədbirdə istedadlı musiqiçilər Leyla Zeynalova, Osman Mustafazadə, Orxan Cumayevin ifasında F.Mendelsonun Fortepiano triosu N.2 (op.66, c moll) və professor Kəmalə Neymanova, Üzeyir Mahmudbəyli, Fatimə Nəsirli, Erol Rzayevin ifasında isə İ.Bramsın Fortepiano kvarteri N.3 (op.60, c moll) əsərləri dinləyicilərə təqdim olundu.
Peşəkar ifaçılıq bacarıqları ilə auditoriyanın diqqətini özünə çəkən musiqiçilərin ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.