13 may 2022-ci il
13 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və beynəlxalq müsabiqələr laureatları, Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli, Zərifə Alxazova konserti baş tutdu.
Bu axşam tamaşaçılar dünya klassik musiqisinin incilərindən zövq ala bildilər. Musiqiçilər Lüdviq van Bethovenin Fortepiano Konserti N4 G-dur op.58 və Dmitri Şostakoviçin Skripka Konserti N1 a-moll op.77-ni ifa etdilər.
İstedadlı musiqiçilərin parlaq və ürəkaçan ifası tamaşaçıları valeh etsi. Konsert gecəsi gurultulu alqışlarla başa çatdı.