• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 may 2022-ci il

    11 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın “İxtisas-fortepiano” kafedrası müəllimlərinin Ümummilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti keçirildi.

    Qeyd  etmək lazımdır ki, konsert proqramı xüsusi zövqlə seçilmişdir. Belə ki,  rəngarəng konsert proqramında  F.Pulenkin İki fortepiano üçün sonata, L.Cəfərovanın "Bir Xəzər əfsanəsi" baletindən "Adajio",  "Rüstəmin Turana atlarla çapması",  K.Quastavinonun "Romans", A.Marquezin N°2 "Danzón", Ü.Hacıbəylinin "Fantaziya" (№2, I hissə), “Arazbarı” və “Cəngi”, A.Piazzolanın “Adios Nonino”, V.A.Mosartın “Sonata” (D dur KV 381), Sevda Məmmədlinin “Vətən uğrunda” uvertürası əsərləri səsləndirildi.

    Konsertdə Əməkdar artisti Elnarə Kəbirlinskaya, Əməkdar müəllimlər Kəmalə Mirbabayeva, Arzu Məmmədova, dosent Nərgiz Salmanlı, baş müəllimlər Sevda Babazadə, Nərgiz Nəzərova, Zərif Kərimova, Sevda Məmmədli və Beynəlxalq  müsabiqələr laureatı Vüsalə Babayevanın ifası dinləyicələrin yaddaşında uzun müddət qalacaq xoş təəssürat buraxdı.

    Təntənəli konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.