• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7  may 2022-ci il

    Müasir Azərbaycanın əbədiyaşar memarı..

    7  may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Maestoso” tələbə klubu tərəfindən   Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.

    Tədbirdə BMA-nın tələbələri öz ifaları və məruzələri ilə çıxış etdilər. Müsiqişüqslıq ixtisasının II kurs tələbəsi Həmidə Yaşar  ulu öndərin bəşər tarixinin salnaməsindəki liderliyindən söhbət açaraq müasir Azərbaycanın qurucusu kimi siyasi tarixdə qoyduğu silinməz izin qüdrətindən danışdı. Sonra Musiqişünaslıq ixtisasının I kurs tələbəsi Aynur Hüseynova Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında olan müstəsna xidmətlərindən bəhs edərək müdrik şəxsiyyətin şanına  neçə-neçə möhtəşəm  əsərin həsr olunduğunu sadaladı.

    Anım tədbirində Respublika və Beynəlxalq müasbiqələr laureatları Amaliya Ağayeva      (Fortepiano III kurs), İlahə Məmmədova ( Fleyta III kurs),  Zöhrə Ramazanlı (Fortepiano III kurs) və Leyla Quliyeva ( Fortepiano  II kurs) öz cəsarətli ifalarını səsləndirərək musiqinin möcüzəvi təsirini dinləyicilərə çatdırdı.

    Heydər Əliyevin  əziz xatirəsi təkcə ürəklərdə deyil, musiqidə də əbədiləşərək, tarixin yaddaşına köçmüşdür.