28 aprel 2022-ci il
28 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Respublika və beynəlxalq müsabiqələr laureatı, BMA-nın "İxtisas fortepiano" kafedrasının müəllimi Nərgiz Kəngərlinin konserti keçirildi.
Həmçinin konsertdə N.Kəngərlinin istedadlı tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Arian Ghahramani də çıxış etdi.
"Fortepiano" fakültəsinin ll kurs tələbəsi A.Ghahramaninin ifasında S.Raxmaninovun "Prelüd"ü (op.32, N.10 h moll), F.Listin "Transtendent etüd" (N.10, f moll) əsərləri hər kəs tərəfindən maraqla qarşılandı.
N.Kəngərlinin ifasında isə səslənən L.V.Bethovenin sonata "Appassionata" (op.57, f moll), F.Şopenin Etüd N4 (op.10 cis moll), N.Paqani-F.Listinin "La Campanella" (gis moll) əsərləri dinləyicələrin böyük marağına səbəb oldu.
Təntənəli konsert gecəsi tamaçıların gurultulu alqış sədaları altında başa çatdı.