28 aprel 2022-ci il
28 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın "Bəstəkarlıq" kafedrasının tələbələrinin əsərlərindən ibarət hesabat konserti keçirildi.
Qeyd edək ki, tələbələrin müəllimləri professorlar Əməkdar İncəsənət xadimi, "Bəstəkarlıq" kafedrasının müdiri, Aydın Əzimov, Nazim Mirişli, Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyev, dosentlər Arzu Məmmədova, Gülnarə Məmmədovadır.
Konsert proqramında Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəşad Ağayevin fortepiano üçün üç prelüd, Aydan Əliyevanın Violonçel və fortepiano üçün Sonata, Fatimə Məmmədzadənin Nizami Gəncəvinin sözlərinə yazılmış “Təəssüf” romansı, Viola və fortepiano üçün iki pyes, Aytac Kitaylının Fortepiano üçün Sonatina lll hissə, Əli Cəfərzadənin Viola və fortepiano üçün Sonatina, İran İslam Respublikasının vətəndaşı Arsalan Navab Moghadamın Fortepiano üçün üç prelüd, Nigar Süleymanovanın Violonçel və Fortepiano üçün 4 Pyes, Pünhan Qocayevin Fortepiano üçün Sonatina (II, III hissələr), Ümidə Fətəliyevanın Nizami Gəncəvinin sözlərinə yazılmış “Ey dost” romansı, Seyedsobhan Afsarianmohasselin Simli Kvartet (IV hissə), Respublika və Beynəlxalq müsabiqələr laureatı Sara Amirianın Klarnet və fleyta üçün Sonatina 3 hissə əsərləri uğurla səsləmdirildi.
İstedadlı bəstəkar tələbələrin hesab konserti gurultulu alqış sədaları altında başa çatdı.