18 aprel 2022-ci il
18 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin konserti keçirildi.
Qeyd edək ki, konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdur.
Konsertdə Azərbaycanın Xalq artistləri, BMA-nın professorları Fidan Qasımova, Xuraman Qasımova, Gülnaz İsmayılova, Natavan Seyidzadə, dosentlər Jalə Cəfərova, Sevda Məmmədova, Svetlana Əhmədova-Mirzəyevanın tələbələri istedadları ilə bütün dinləyicilərin ruhunu oxşadılar.
Konsertmeysterlər Əməkdar artist Rəna Ağayeva, Əməkdar artist Nigar Məlikova, Məryəm Yusifova, Liliya İmanova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Nigar Əsgərova, İlahə İsmayılovanın müşayiətilə gənc ifaçılar-Rza Xosrovzadə, Leyla Baxışova, Elmina Həsənova, Əli Muradov, Lalə İbrahimova, Ruslan Persan, Sara Tağızadə, Səməd Novruzov, Fidan Məmmədzadə, Atefə Qarabaği, Emin İsmayılov, Aysel Hüseynzadə, Aqşin Xudaverdiyev, Nailə Xasıyeva konsertdə müvəffəqiyyətlə çıxış etdilər.
Rəngarəng konsert proqramında E.Curtis, J.Bize, Q.Qarayev, T.Quliyev, S.Rüstəmov, V.di.Paola, F.Şubert, E.Kapua, V.Adıgözəlov, R.Vaqner, P.İ.Çaykovski, M.Kyara, C.Verdi, R.Leoncavallo, V.A.Mosart, M.Qlinka, F.Əmirov, A.Zatsepin, X.Lakalye, M.Maqomayevin əsərləri səsləndirildi.
Tamaşaçıların böyük marağına səbəb olan konsert gurultulu alqış sədaları altında başa çatdı.