16 aprel 2022-ci il
16 aprel 2022-ci il tarixində Kamera və Orqan Musiqi zalında "Fortepiano musiqi axşamı" adlı konsert keçirildi.
Musiqi axşamında Respublika və Beynəlxalq müsabiqələr laureatları, istedadlı pianoçular Ceyran İsayeva, Sevda Mahmudova, Gülxanım Bayramovanın parlaq ifaları təqdim olundu. Xüsusi qeyd etmək istərdik ki, Azərbaycan qadın bəstəkarlarının əsərləri proqramda yer almışdır.
Belə ki, konsertdə tanınmış bəstəkar, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi Elmira Nəzirovanın Fortepiano üçün beş Prelüd, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qızıl Qələm media mükafatı laureatı, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın beş Fuqa – “Humayun”, “Bayatı-Şiraz”, “Şur”, Rast”, “Segah”; “Süsən-sünbül” xalq mahnısı əsasında Variasiyalar, Adilə Yusifovanın “Çərçivədə çiçəklər”, İlahə Qismət İsrafilovanın - Üç Pyes - “Dalğalar” , “Venera”, “Zərlər”, Nərminə Nağıyevanın Üç pyes -“Nəbz”, “Qurtuluş”, “ Şübhə”, Ceyran İsayevanın Üç Prelüd, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Adilə Yusifovanın “İthaf”, Fəridə Quliyevanın Fortepiano üçün Azərbaycan Xalq mahnıları üzərində Prelüdlər əsərləri dinləyicilərə təqdim edildi.
Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.
Qeyd edək ki, tədbirin layihə rəhbəri Sevda Mahmudovadır.