• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 aprel 2022-ci il

    6 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın tələbəsi olmuş və ll Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Tamerlan Mahmudova həsr olunmuş Xatirə konserti keçirildi.

    Qeyd edək ki, xatirə konserti Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilmişdir. Tədbirdə çıxış üçün söz SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyliyə, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin müdiri Nazim Kazımova, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanova, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar incəsənət xadimi, l Qarabağ müharibəsinin veteranı Əlibala Rzayeva verildi. Hər biri öz növbəsində şəhid T.Mahmudovun istedadlı musiqiçi, vətənə bağlılığı, ll Qarabağ müharisinə könüllü olaraq qoşulması, qəhrəmanlığı haqqında təəssüratlarını bölüşdülər. Anım tədbirində şəhidin yaxın ailə üzvü Aygün Cabbarova da çıxış edərək, Tamerlanın xətirəsinin əziz tutulduğu, ruhunun yad edildiyi üçün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli başda olmaqla, bütün tədbir təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Ardınca T.Mahmudova həsr olunmuş video- çarx təqdim olundu.

    Daha sonra söz musiqiyə verildi. Xatirə konsertində Azərbaycan Respublikasının Xalq artisti, tanınmış skripkaçı Zəhra Quliyevanın bədii rəhbəri

    olduğu "Detaşe" simli ansamblı və Əməkdar incəsənət xadimi Əlibala Rzayevin dirijorluğu ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri çıxış etdi. İstedadlı musiqiçilərin ifasında Frans Şubert, Səid Rüstəmov, Fərhad Bədəlbəyli, Qara Qarayev, İohan Ştraus, Üzeyir Hacıbəyli, Tofiq Quliyev, James Horner, Alan Silvestri, Əlibala Rzayevin əsərləri  və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Fantaziya səsləndirildi.

    Şəhid Tamerlan Mahmudovun xatirəsinə həsr olunmuş konsert tamaşaçıların

    gurultulu alqış sədaları altında başa çatdı.