• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     1 aprel 2022-ci il

    1 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yeni adlar" layihəsi çərçivəsində gənc istedadlı musiqiçilər-Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Vurğun Vəkilov və BMA-nın tələbəsi Leyla Zeynalovanın iştirakı ilə konsert keçirildi.

    Konsert proqramında dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solistlər – Respublika və Beynəlxalq müsabiqələr laureatları, pianoçular Vurğun Vəkilov və Leyla Zeynalova çıxış etdilər.

    Tamaşaçılar Dmitri Şostakoviç və Sergey Raxmaninovun əsərlərindən ibarət konsert proqramını böyük maraqla qarşıladılar. Tədbir gurultulu alqışlarla başa çatdı.

    Qeyd edək ki, konsertdə qonaq qismində  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqa mötəbər qonaqlar iştirak etmişlər.

    “Yeni adlar” layihəsi gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onun musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, onların geniş auditoriya tərəfindən tanınmasına kömək edəcəkdir.