• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 mart 2022-ci il

     23 mart 2022-ci il tarixində İçərişəhər-Art Tower Gallerydə Novruz bayramına həsr olunan "Classical music Bahar" adlı konsert keçirildi.

    Qeyd edək ki, konsertin təşkilatçısı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Art Council Azerbaijan, tədbir tərtibatçısı isə Əməkdar müəllim, professor, Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının müdiri Gülnarə Acalovadır.

    Konsertdə Beynəlxalq və respublika müsabiqələr laureatı, “SABAH” qrupunun III-cü kurs tələbəsi Zəhra Cahan Şıxaliyeva, Adil Axundov (tenor), Beynəlxalq və respublika müsabiqələr laureatı, Sənan Quluzadə (tar), Beynəlxalq və respublika müsabiqələr laureatı, “SABAH” qrupunun III-cü kurs tələbəsi Cəmalə Abdinzadə, Beynəlxalq və respublika müsabiqələr laureatı Nailə Xasiyeva (soprano), Beynəlxalq və respublika müsabiqələr laureatı, “SABAH” qrupunun III-cü kurs tələbəsi Əzizə Ağazadə, Beynəlxalq və respublika müsabiqələr laureatı Orxan İbrahimov (klarnet), Beynəlxalq və respublika müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Mahir Tağızadə (bariton), Beynəlxalq və respublika müsabiqələr laureatı, “SABAH” qrupunun IV-cü kurs tələbəsi Nüşabə Hacıyeva , Beynəlxalq və respublika müsabiqələr laureatı Rüstəm Zeynalov, Fəridə Abbasova (violin), Beynəlxalq və respublika müsabiqələr laureatı Sübhan Rüstəmov (tenor) uğurla çıxış etdilər.

    Baharın gəlişi ilə əlaqədar təşkil olunmuş konsertin proqramı olduqca zəngindir. Belə ki, konsertdə C.Verdinin “Lombardi” operasından Orontenin ariyası, Q.Qarayevin "Yeddi gözəl” baletindən Ayşənin rəqsi, Niyazinin "Arzu" romansı, K.Molçanovun "Vokaliz", T.Quliyevin "Sənə də qalmaz", Y.Sibeliusun "Prelüd", Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, V.Mustafazadənin "Mart", P.İ.Çaykovskinin “Ночи безумные”, Y.Şatrovanın "Avantura", V.Chiaranın "La Spagnola", Q.Qarayevin "Üç caz pyesi” silsiləsindən “Mulat”, Q.Qarayevin "Eskiz", E.Kurtisin "Tornado a Surriento", F.Əmirovun iki ekspromt, Niyazinin "Vətən nəğməsi", T.Quliyevin "Azərbaycan" əsərləri səsləndirildi.

    Bayram əhval-ruhiyəli "Classical music Bahar" adlı konsert tamaşaçılarda xoş təəsüratlar yaradaraq, dinləyicilərin gurultulu alqışları ilə başa çatdı.