• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2022-ci il

    18 mart 2022-ci il tarixində Beynəlxalq muğam mərkəzində Azərbaycan və avropa musiqisindən ibarət "Musical Connections" adlı konsert keçirildi.

    Bu konsert Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, Arts Council Azerbaijanın dəstəyi ilə keçirilən FantazEU Mədəni İrs Festivalının yekun tədbiri idi.

    Qeyd edək ki, konsertin bədii rəhbəri tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" kafedrasının müəllimi Səidə Tağızadədir.

    Tədbirin solistləri olan Səidə Tağızadə, Fəridə Məmmədova, Ümidə Abbasova, Yuliya Motorina, Məmməd Rəcəbli, Rəna Rəhimovanın ifasında maraqlı konsert keçirildi.

    Konsert proqramına J.B.Ramo, V.AMotsart, F.Şubert, F.Şopen, J.Massne, Q.Fora, K.Sen-Sans, Q.Qarayev, V.Mustafazadə, A.Vilya-Lobosanın əsərləri daxil edilmişdir.

    İfaçıların parlaq çıxışlarından ibarət konsert  tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.