• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2022-ci il

    17 mart 2022-ci il tarixində Marriott Boulevard otelinde Pakistan Respublikasının  Milli Günü qeyd edilmişdir.

    Tədbirə çıxış nitqi ilə başlayan Pakistan Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Bilal Haye iki ölkə arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğulamaqla bərabər qarşılıqlı münasibətlərin regional perspektivləri və inkişaf dinamikası məsələlərinə də toxundu. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri Mədət Quliyev gündən-günə inkişaf edən qarşılıqlı iqtisadi əlaqələrin inkişafının və davamlılığının əhəmiyyətindən bəhs etməklə bərabər, Azərbaycan Respublikası Prezidentinin Milli bayram münasibətilə təbrikini qonaqlara çatdırdı.

    Qonaqlar sırasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq Artisti, Professor Yeganə Axundova və BMA-nın Dosenti, Əməkdar İncəsənət xadimi, BMA-nın Nəfəs və Zərb alətləri Orkestrinin bədii rəhbəri Rüfət Axundzadə iştirak etmişdirlər. Tədbirdə həmçinin Nəfəs və Zərb alətləri Orkestrinin ifasında Pakistan Respublikasının milli musiqi nömrələrindən ibarət əsərlər səslənmişdir.